Recrutio
Hüquqi

Məxfilik siyasəti

Son yenilənmə: 19 May 2026

1. Hansı məlumatları toplayırıq?

  • Hesab məlumatları: ad, email, şifrə (bcrypt ilə şifrələnmiş).
  • Email hesabı: IMAP serveri, port, istifadəçi adı, şifrə (şifrələnmiş).
  • Namizəd CV-ləri: qoşulmuş emaillərə gələn fayllar və mətnlər.
  • AI analizi: CV-dən çıxarılan struktur məlumat (bacarıqlar, təcrübə, təhsil).

2. Necə istifadə edirik?

Toplanan məlumatlar yalnız sizə xidmət göstərmək üçün istifadə olunur — gələn CV-lərin analizi, sıralanması və sizin panelinizdə göstərilməsi. Heç bir reklam məqsədli istifadə yoxdur.

3. Kimə ötürürük?

Məlumatlarınız üçüncü tərəfə satılmır. Yalnız aşağıdakı texniki xidmətlərlə paylaşılır:

  • AI provayderi: CV mətni analiz üçün AI provayderinə göndərilir. Provayder bu məlumatları model təlimi üçün istifadə etmir (Enterprise API şərtləri).
  • Bulud serverləri: Recrutio Google Cloud Compute Engine üzərində işləyir. Verilənlər bazası bizim nəzarətimizdədir.

4. Email girişi

IMAP ilə yalnız oxuma əməliyyatı aparırıq. Heç vaxt email göndərmirik, silmirik və ya dəyişmirik. Yalnız CV faylı olan emailların əlavələrini yüklənir, qalan emaillara toxunulmur.

5. Məlumatların saxlanması

Hesabınız aktiv olduğu müddətdə məlumatlar saxlanılır. Hesabınızı silmək istədikdə bütün şirkət məlumatları, CV-lər və analizlər 30 gün ərzində silinir.

6. Təhlükəsizlik

  • Saytın bütün trafiki HTTPS ilə şifrələnir.
  • Şifrələr bcrypt ilə hash-lənir, biz orijinal şifrənizi görmürük.
  • Email hesabı parolları verilənlər bazasında şifrələnmiş şəkildə saxlanılır.
  • Sistem giriş aktivliyi qeyd olunur (auditing).

7. Çərəzlər (cookies)

Yalnız sessiya idarəçiliyi üçün zəruri texniki çərəzlərdən istifadə edirik. Üçüncü tərəf izləyici və ya reklam çərəzləri yoxdur.

8. Hüquqlarınız

Aşağıdakı hüquqlardan yararlana bilərsiniz:

  • Məlumatlarınıza giriş tələb etmək
  • Düzəliş və ya silmə tələb etmək
  • Məlumatların başqa formatda ixracını tələb etmək

Müraciət üçün support@recrutio.work ünvanına yazın.

9. Dəyişikliklər

Bu siyasətə əhəmiyyətli dəyişikliklər edildikdə qoşulmuş email ünvanınıza məlumat veriləcək.

10. Əlaqə

Məxfiliklə bağlı suallar üçün: support@recrutio.work